1. Bir şeyin cırıq və ya yırtıq yerini təmir etmək. □ Şalvarın dizlərini yamamaq. Corabları yamamaq. Çəkməni yamamaq. Dərzi öz yırtığını yamamaz. (Atalar sözü).
2. Məcazi mənada: uymadığı halda bir şeyə əlavə etmək, artırmaq, yapışdırmaq. □ Musa, gətir, bu kökdə şəklimizi çəkdir. Lazımın olar, filmlərin birinə yamayarsınız. (Mir Cəlal).
See also:
1. Pis. □ Yaxşı dost yaman gündə tanınar. (Atalar sözü).
2. Rəhmsiz, insafsız, əzazil. □ Yaman adamdır, onunla ehtiyatlı ol.
3. Məcazi mənada: təsiri şiddətləndirmək üçün bəzən “çox”, “həddindən artıq”, “bərk”, “tez”, “şiddətli” kimi mənalarda işlənir. □ Yaman işə düşmüşdüm. Bu gün yaman istidir.
4. Bəzən “çox yaxşı”, “əla” mənasında işlənir. □ Yaman atandır. Yaman çalır. Yaman qoçaqdır.
5. İsim kimi: qarğış. □ Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi İzzət uca səslə onun üstə qışqırıb başladı yamanı. (C.Məmmədquluzadə).
6. Tibb. Həyat üçün təhlükəli, çox qorxulu, xətərli, zərərli, pis. □ Yaman şiş. Yaman yara.
See also:
1. Yaman, pis. □ Aşıq yamanca deyil; Xalın yamanca deyil; Günümüz belə keçsə; Yenə yamanca deyil. (Sarı Aşıq).
2. Çox, olduqca. □ ...Hər nə isə, yamanca şeytandır. (N.Vəzirov).
3. Zərf kimi: çox, olduqca. □ Yoxuşun tən ortasında, qırıldı boyunduruq; Yamanca qaldınız boynuburuq. (O.Sarıvəlli).
4. İsim kimi: yaman, pis adam, şey və s. □ Yamanca, sən dur burada, mən yaxşıcanı tapınca. (Atalar sözü).
Azərbaycan dilinin izahlı lüğəti