1. Bir şəxsin, bir şeyin təkmilliyə doğru dəyişməsi, inkişafı; kamilləşmə; ümümiyyətlə, inkişaf, dəyişmə, yeniləşmə. □ Ehtiyac təkamülün babasıdır. (Atalar sözü).
2. Fəlsəfə. Təbiətdə və cəmiyyətdə hərəkət formalarından biri – inqilabi dəyişmədən fərqli olaraq, arasıkəsilmədən yavaş-yavaş cərəyan edən dəyişmə.
1. Bir şeyi özündən uzaqlaşdırmaq məqsədilə bərk itələmə və ya zərbə. □ ..tərəkəmələrdən qalmış köhnə keçəni üstünə çəkdiyi zaman qapıya bir təkan vuruldu. (Ə.Abasov).
2. Zərbə və ya silkələnmə nəticəsində sarsıntı. □ Yeraltı təkanlar.
3. Məcazi mənada: hər hansı bir işin həyata keçməsi, sürətlənməsi və ya inkişafı üçün stimul ola biləcək daxili və ya xarici amil (bu mənada adətən “vermək”, “vurmaq” feilləri ilə işlənir).
See also:
1. Yalqız, yalnız, təkcə, tək özü. □ Təkbaşına qalmaq.
2. Başqasının köməyi olmadan; tək, təkcə. □ Təkbaşına məsələni həll etmək.
3. Özbaşına, nəzarətsiz, baxımsız. □ ..Hər kəs təkbaşına işləsə, arxın içinə uzadıb ölüncə döyəcəklər. (C.Cabbarlı).
4. Öz-özünə, müstəqil, rəhbərsiz, müəllimsiz.