1. Seyrə, gəzməyə çıxan adam. □ Seyrçilər kəndə girərkən küçələrin tünlüyü daha da artmış oldu. (Ə.Əbülhəsən).
2. Məcazi mənada: uzaqdan baxaraq işə qarışmayan, müşahidə etməklə kifayətlənən, müşahidəçi; bir hadisəyə, işə passiv, laqeyd münasibət göstərən adam. □ Hadisəyə bir seyrçi kimi baxmaq.
1. Bir-birindən aralı, uzaq, sıx, qalın olmayan, adda-budda. □ Seyrək meşə. Seyrək ot.
2. Eyni mənada saç, tük haqqında. □ Gözlərinin mehriban gülüşü yadımdadır; Saçlarının seyrək gümüşü yadımdadır. (R.Rza).
3. Bütöv halında olmayan, parça-parça, ara-sıra. □ Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdir. (H.Nəzərli).
4. Zərf kimi: ara-sıra, hərdənbir, az-az, tək-tək. □ Seyrək eşitdiyin hər söhbətində; Ölüm düşünərdi, ölmək arardı. (S.Vurğun).
See also:
Seyrək etmək, bir-birindən aralamaq, ara qoymaq, seyrək hala gətirmək. □ Bağı seyrəkləmək. Pambığı seyrəkləmək.
Səfehləmək, ağlını azdırmaq, gicləşmək, axmaqlamaq. □ Nə seyrəkləyirsən, ay arvad! (Ə.Məmmədxanlı).
Azərbaycan dilinin izahlı lüğəti