Reklam
Reklam

All dictionaries

sekresiya1 [sek'resiya] isim latın

Fiziologiya. Vəzilərin orqanizmin fizioloji fəaliyyətinə lazım olan şirələri hazırlayıb ifrazetmə prosesi.

sekresiya2 [sek'resiya] isim latın

Geologiya. Süxur boşluqlarının tərkibcə həmin süxurlardan fərqlənən kristallik və ya kolloidal mineral maddələrlə dolması nəticəsində əmələ gələn dəyirmi və ya izometrik mineral aqreqatı.

Azərbaycan dilinin izahlı lüğəti

sel [sel] isim ərəb

1. Coğrafiya. Güclü yağmurlardan və ya əriyən qarlardan əmələ gəlib, qarşısına gələn nə varsa alıb aparan su daşqını; daşqın. □ Yağışdan sonra güclü sel başladı.

2. Məcazi mənada: arasıkəsilmədən hərəkət edən insan kütləsi, izdiham, axın haqqında. □ ..Sən bu selin qarşısında dura bilməyəcəksən. (M.S.Ordubadi).

3. Fizika. Bir yerdən çıxan maqnit, işıq, qaz və s. kütləsi. □ İşıq seli. Qaz seli.

See also:

frazeologizm: dərələrdən sel kimi, təpələrdən yel kimi Azərbaycan dilinin izahlı lüğəti