1. Titrək, zəif işıq saçmaq, parlamaq, şəfəq buraxmaq. □ Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı. (F.Köçərli).
2. Bəlirmək, görünmək. □ Ana! Bayaq gördüm Mehribanıtək; Üzündə sayrışır xalları tək-tək. (S.Vurğun).
3. Qaçışmaq mənasında.
Musiqi. Mizrabla çalınan, armudvarı çanağı olan simli xalq çalğı aləti. □ Saz çalmaq.
1. İşlətmək üçün tam yararlı, hazır halda olan; sınığı, zədəsi, nöqsanı olmayan; yaxşı təmir olunmuş. □ Saz maşın. Saz alət. Saz saat.
2. Möhkəm, qıvraq, sağlam, dözümlü. □ Bədəncə saz. Canı-başı saz.
3. Yaxşı, yerində. □ Onu Taşauzda gördüm, kefi saz; Ətirli tağlardan qovun dərərkən. (S.Rüstəm).
4. Sazdır şəklində – yaxşıdır, düzgündür, qaydasındadır, yerindədir mənalarında. □ Demək ki, keyfiniz sazdır. (M.S.Ordubadi).
See also: