1. Hesablanmaq, sayı, ədədi bilinmək. □ Kitablar sayılıb qurtardı. Siyahılar sayıldı.
2. Hesab edilmək, bilinmək, ...kimi qiymətləndirilmək. □ ...kəndlilərin içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. (M.S.Ordubadi)
3. Tanınmaq, hesab edilmək. □ Sayılırsan vətən övladlarının bir fərdi; Vətən imdadinə iştə çağırır hər fərdi. (A.Səhhət)
4. Hörməti olmaq. □ O, el arasında ən çox sayılan ağsaqqallardandır.
See also:
1. Rəqəmləri sıra ilə demək, sadalamaq, sanamaq. □ Yüzə qədər saymaq.
2. Miqdarını bilmək üçün hesablamaq. □ Günləri saymaq.
3. Bir-bir adlarını çəkmək, eyni cinsdən olan şeyləri adbaad sıra ilə demək; sadalamaq. □ Kitabları saymaq. Uşaqları saymaq.
4. Məcazi mənada: ehtiram etmək, hörmətini saxlamaq, hörmət etmək; hesablaşmaq. □ Sayanın quluyam, saymayanın ağası. (Atalar sözü).
5. Ehtiyat etmək, çəkinmək. □ Qubernat, naçalnik gəlsə, saymaram; Düşmənin qanından içsəm, doymaram. (“Qaçaq Nəbi”).
6. Məcazi mənada: bilmək, hesab etmək. □ Mənim sözlərimi zarafat sayırsınız? (M.F.Axundzadə).
See also:
1. Saymayan, məhəl qoymayan, vecinə almayan, diqqətsiz, laqeyd, başısoyuq. □ Saymaz adam.
2. Zərf kimi: saymazcasına, saymazyana, etinasız. □ Saymaz keçmək. Saymaz cavab vermək.
3. İkrahla baxılan, sayılmayan, avara, vecsiz. □ Saymaz it adam tutar. (Atalar sözü).