1. Bir rəngdə olan, birrəngli. □ Saya parça. Saya gülməxmər.
2. Bu parçadan tikilmiş. □ Saya paltar. Saya kofta.
3. Naxışsız, gülsüz. □ Saya ləçək. Saya şal.
4. Mürəkkəb olmayan, sadə. □ Saya naxış. Saya ilgək vurmaq.
5. Sadə. □ Saya adam.
See also:
Bənzərlik bildirir: cür, kimi, tərzdə, vəziyyətdə, qaydada. □ Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükülü sayaq bir fitəyə büküb qoydu səkiyə. (Y.V.Çəmənzəminli).
Dərin olmayan, yarıyuxulu, yarıayıq. □ ...özü də elə sayaq yatardı ki, lap sərçə kimi. (“Koroğlu”).
See also:
1. Saymağa, hesablamağa məcbur etmək, sayma işi gördürmək. □ Pulları təzədən saydırmaq.
2. Saymağa, hörmət etməyə, hesablaşmağa vadar etmək. □ Bir milləti saydırmaq üçün onun mədəni cəhətlərini göstərməlidir. (Y.V.Çəmənzəminli).
See also:
1. Kölgə. □ Sən bir ağacsan ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən. (Q.Zakir).
2. Məcazi mənada: himayə, mühafizə, qoruma. □ Mərhəmətiniz artıq, lütfünüz ziyadə, sayəniz kəm olmasın. (M.S.Ordubadi).
3. Sayəsində şəklində – “nəticəsində”, “səbəbilə”, “köməyi ilə” mənalarında. □ Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar. (F.Köçərli).
1. Bir şeyi hesablamaq üçün xüsusi quruluşlu cihaz, alət. Elektrik (qaz) sayğacı (işlənən elektrikin, suyun, qazın miqdarını hesablayan cihaz). □ Taksi sayğacı (taksilərdə gedilmiş yolun məsafəsini və haqqını göstərən cihaz).
2. Dördkünc çərçivədə köndələn millərə keçirilmiş yuvarlaq sümükcüklərdən ibarət sadə riyazi hesablamalar aparmaq üçün alət, çötkə. □ ...o biri otaqda sayğacını aram-aram şaqqıldadan hesabdarın yanına keçdi. (B.Bayramov).