1. Salmağa məcbur etmək.
2. İki və ya bir neçə adamı, yaxud heyvanı qızışdırıb bir-birinin üstünə hücum etdirmək, salışdırmaq.
3. Tikdirmək, bina etdirmək, düzəltdirmək. □ Bir neçə mərdümazar adamlar məscid bağında istəyirlər, bir imarət saldırsınlar və orada bir məktəb açsınlar. (C.Məmmədquluzadə).
4. Döşətmək, yerə sərdirmək. □ Evə palaz saldırmaq.
5. Məcazi mənada: qənaət edərək yığmaq, toplamaq; dala atmaq. □ Maaşdan bir az saldırmaq.
6. Qoydurmaq. □ Dalına banka saldırmaq. Zəli saldırmaq.
1. Arxaizm. Yararlı. □ Dedim: saxla məni, qul olum sənə; Qardaş yox, saleh oğul olum sənə. (A.Səhhət).
2. Arxaizm. İxtiyarı olan. □ Saleh mindi qara nər; Süsən, sünbül, qaranər; Doğsa günəş camalın; Şah dağından qar ənər. (Bayatı).
3. Arxaizm. Dinin əmrlərinə uyğun hərəkət edən. □ Əməlləri saleh olmayanları; Orda özün kimi üryan görərsən; Qaynartiyanlarda büryan görərsən. (M.Müşfiq).