1. Nitq etiketi. Görüşərkən bir-birinə sülh və əmin-amanlıq diləmək ifadəsi.
2. Görüşərkən təbrik sözü kimi işlənir. □ Salam, yoldaşlar! Salam, əziz vətəndaşlar!
See also:
Bax: salam.
Botanika. Bataqlıqlarda, rütubətli yerlərdə, bəzən alaq kimiəkinlərdə bitən bir bitkinin adı. □ Salaməleyküm cinsinin nümunələri bataqlıqlarda, rütubətli yerlərdə,bəzən alaq kimi əkinlərdə yayılan çoxillik və ya birillik bitkilərdir. (H.Qədirov).
Azərbaycan dilinin izahlı lüğəti1. Salam vermək, salamla qarşılamaq. □ Ağsaqqal qocalar qatran çubuqlarını dodaqlarından çəkib, qorxaq nəzərlərlə bizi salamladılar. (H.Nəzərli).
2. Məcazi mənada: təbrik etmək, alqışlamaq. □ Günəş qızıl şüaları ilə sanki azadlığa çıxan adamları salamlayırdı. (S.Vəliyev).