1. Bədəninin bütün üzvləri düzgün, sağ-salamat olan, normalişləyən, bədəni hər cəhətcə saz olan. □ Sağlam gənc. Sağlam qadın. Sağlam bədən.
2. Sağlamlıq ifadə edən, sağlam olduğunu göstərən. □ Sağlam görünüş. Yanağında sağlam bir qırmızılıq görünür.
3. Məcazi mənada: düzgün, ağıllı, qüsursuz, dürüst. □ Sağlam düşüncə. Sağlam tənqid. Sağlam olmayan fikir. Sağlamtərbiyə.
4. Orqanizm üçün faydalı, xeyirli; təmiz, saf. □ Sağlam iqlim.
5. Məcazi mənada: normal, lazımi. □ Sağlam mühit.
6. Məcazi mənada: möhkəm, sarsılmaz, işə qabil, müqtədir. □ Sağlam kollektiv.
7. Məcazi mənada: sağ, zədəsiz, salamat, xarab olmamış (çürükəksi). □ Sağlam qoza. Sağlam şitil. Sağlam dəri.
1. Sağlam etmək, orqanizmin düzgün, normal fəaliyyətinə çalışmaq; sağlamlıq üçün daha əlverişli şərait yaratmaq. □ Əmək şəraitini sağlamlaşdırmaq. Ərazini sağlamlaşdırmaq.
2. Daha normal, daha yaxşı, daha sağlam vəziyyət yaratmaq. □ Kollektivdə vəziyyəti sağlamlaşdırmaq. Maliyyə işini sağlamlaşdırmaq.