Ekologiya. Texnogen təsir nəticəsində məhsuldarlığı azalmış torpaqların, dağılmış relyefin və təbiətin bitki örtüyünün süni surətdə bərpa edilməsi üzrə tədbirlər kompleksi.
Turizm. Təbiət qoynunda dincəlməklə, yaxud maraqlı yerlərə turist səfərləri təşkil etməklə sağlamlığın, iş qabiliyyətinin bərpası forması, istirahət üsulu.
Coğrafiya. Meteoroloji tədqiqatlar üçün radiotexniki vasitələrdən istifadə edən, həmçinin meteoroloji faktorların radiodalğaların yayılmasına təsirini öyrənən elm sahəsi.
Geologiya. Geologiyanın Yer maddəsində təbii nüvə çevrilmələri qanunauyğunluqlarını və onların geoloji proseslərdə təzahürünü öyrənən sahəsi; nüvə geologiyası.