Reklam
Reklam

All dictionaries

reva [revanş] isim fr. revanche – əvəzçıxma, qisas

Məğlubiyyətə görə alınan qisas, əvəzçıxma. □ Revanş götürmək.

Azərbaycan dilinin izahlı lüğəti

reverans [reverans] isim fr. reverence – dərin məhəbbət

1. Arxaizm. Avropanın bəzi ölkələrində incə şəkildə əyilərək salamlamaq, ehtiram ifadə etmək; təşəkkür, görüş və ya xudahafizləşmək jesti. □ Reverans etmək.

2. Məcazi mənada: kiməsə güzəştə getmək, ünvanına yaltaqcasına tərif söyləmək. □ Gülüş doğuran reverans.

Azərbaycan dilinin izahlı lüğəti

reyestr [reyestr] isim pol. rejestr < lat. regestrum (registrum) – siyahı

1. Sənədlərin və əmlakın qeydiyyat kitabı. □ Reyestrdən çıxarış.

2. Hüquqi və fiziki şəxslərin müvafiq orqanlarda qeydiyyata alınması. □ Dövlət reyestri.

See also:

jurnalistika: informasiya reyestri jurnalistika: kütləvi informasiya vasitələrinin reyestri jurnalistika: sənəd reyestri Azərbaycan dilinin izahlı lüğəti

reytinq [reytink'] isim ing. ratinghərf. qiymət, dərəcə, göstərici

Siyasət və sənət adamlarının populyarlıq dərəcəsi. □ Reytinq cədvəli.

Azərbaycan dilinin izahlı lüğəti

rezervasiya [rezervasiya] isim latın

Coğrafiya. Bir sıra ölkələrdə əhalinin müəyyən kateqoriyasının (əsasən, aborigenlərin) zorla yerləşdirildiyi ərazilər. □ Hindu rezervasiyaları.

Azərbaycan dilinin izahlı lüğəti

rezidensiya [rezidensiya] isim lat. residens (residentis) – ölkəyə gələn

Dövlət və ya hökumət başçısının qaldığı yer, qərargah. □ Baş nazirin rezidensiyası.

Azərbaycan dilinin izahlı lüğəti

rezidentura [rezidentura] isim lat. residens (residentis) – öz yerində qalan

Tibb. Pedaqogika. Tibb iхtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəхəssis hazırlığı mərhələsi. □ Rezidentura təhsili.

Azərbaycan dilinin izahlı lüğəti

rezident [rezident] isim lat. residens < residentis – gələn, öz yerində qalan

1. İmperialist dövlətlərin protektoratda (himayələri altında olan ölkədə) əslində oranın hakimi olan nümayəndəsi.

2. Səfirdən bir rütbə aşağı olan diplomatik nümayəndə.

3. Bir ölkə kəşfiyyatının başqa xarici ölkədə fəaliyyət göstərən agenti. □ Rezidentin məlumatı.

4. Ölkədə daimi yaşayış yeri, həmçinin hüquqi qeydiyyatı olan əcnəbi. □ Rezidentin öhdəliyi.

Azərbaycan dilinin izahlı lüğəti

rezonans [rezanans] isim fr. resonance < lat. resonans – əks-səda, səsə hay verirəm

1. Fizika. Xarici periodik qüvvənin təsiri nəticəsində obyektin məcburi titrəyiş amplitudunun kəskin artması. □ Rezonans hadisəsi.

2. Qapalı məkan (məs.: bina) daxilində səsin yüksəklik dərəcəsi; əks-səda. □ Rezonans dalğa.

3. Məcazi mənada: müəyyən hadisəyə ictimai marağın kəskin şəkildə artması. □ Rezonans yaratmaq.

Azərbaycan dilinin izahlı lüğəti

rezüme [rezüme] isim fr. resume < lat. resumere – bərpa etmək, təkrar etmək

Mətnin məzmununu əks etdirən qısa çıxarış; ümumiləşdirilmiş nəticə, xülasə. □ Tərcümə mətninin rezümesi.

Azərbaycan dilinin izahlı lüğəti

ritorik [ritorik'] sifət yun. rhetorike – natiqlik məharəti

1. Ritorikaya aid olan.

2. Bəlağətli, gözəl, təkrarlanan. □ Ritorik fiqurlar.

Azərbaycan dilinin izahlı lüğəti

ritorika [ritorik'a] isim yun. rhetorike – natiqlik məharəti

Gözəl danışıq (bəlağət) və natiqlik sənəti, daha geniş mənada isə bədii nəsr haqqında elm. □ Ritorika elmi.

Azərbaycan dilinin izahlı lüğəti

ritual [ritual] isim lat. ritualis – mərasim

Tarixən formalaşmış sosial-mədəni münasibətlərin, dini görüşlərin əks olunduğu mərasim, ayin. □ Dini ritual.

Azərbaycan dilinin izahlı lüğəti

rok [rok'] isim ing. rock

1. Musiqi. Özündə folklor elementlərini, spesifik vokal xüsusiyyətlərini və elektron effektlərlə müşayiət olunan ritmləri birləşdirən müasir estrada musiqi janrı. □ Rok ifaçısı.

2. Bir çox sözlərə qoşularaq bu musiqi növünə aid olan anlayışlar yaradır; məs.: rok-n-roll, rok qrup, hank rok, caz rok, hard rok və s.

Azərbaycan dilinin izahlı lüğəti

rotasiya [ratasiya] isim lat. rotatio – dairəvi hərəkət

Əvəzlənmə, dəyişmə; hər hansı vəzifəni növbə ilə tutma; hər hansı qurumun tərkibinin tədricən yenilənməsi. □ Rotasiya etmək.

Azərbaycan dilinin izahlı lüğəti