1. Ürəklənmək, cəsarətlənmək, qüvvət almaq, cuşa gəlmək. □ Ruhlanın Babəkin xatirəsindən; Bizi igidliyə çağırır Vətən. (S.Vurğun).
2. Məcazi mənada: canlanmaq, cana gəlmək. □ Çiçəklər, otlar, güllər bahar günəşinin ilıq şüası altında ruhlanıb, təravətlənib gözəl qoxuyurdular. (Y.V.Çəmənzəminli).
3. Məcazi mənada: təbə gəlmək, vəcdə gəlmək, ilhamlanmaq. □ Oxu, tar, ruhlansın; Şirvanın, Gəncənin mehriban gözəli! (M.Müşfiq).
Azərbaycan dilinin izahlı lüğəti