1. Coğrafiya. Yüksəkliyi əsas səviyyə səthindən nivelirləmə üsulu ilə təyin edilmiş və Yer səthində bərkidilmiş işarə.
2. Riyaziyyat. Ortaq tətbiq nöqtəsindən müəyyən qayda ilə ayrılmış xətti asılı olmayan vektorlar çoxluğu.
3. Hərbi. Artilleriya atəşinə tutmaq üçün yaxşı görünən köməkçi nöqtə.
Azərbaycan dilinin izahlı lüğətiJurnalistika. Günün aktual məsələlərindən bəhs edən jurnalistika janrı. □ Reportajda hər hansı hadisənin şahidi və ya iştirakçısı olan reportyor həmin hadisə haqqında operativ məlumat verir.
See also:
Jurnalistika. Ən yeni, ən qaynar xəbərləri axtarıb tapan və operativ şəkildə hazırlayan KİV əməkdaşı, müxbir. □ Reportyor işinin əsas xüsusiyyətləri informasiyanın operativliyi, dürüstlüyü və materialın bir qədər emosional tərzdə verilməsidir.
Azərbaycan dilinin izahlı lüğətiCəmiyyətdə azadfikirliliyin, demokratik meylin qarşısını almaq üçün cəza tətbiq edilməsi; qorxu yaymaq məqsədilə kütləvi cəzalandırma. □ Repressiya avtoritar rejimlərdə dövlət orqanlarının azad düşüncəli insanlara qarşı fiziki və mənəvi təzyiqidir.
Azərbaycan dilinin izahlı lüğətiObyektin bir hissəsində aparılan tədqiqatın nəticələrinin obyektin bütün hissələrinə, eləcə də bütövlükdə obyektə aid edilməsinə imkan verən (araşdırma, sorğu). □ Statistik araşdırmalarda, sosial sorğularda göstəricilərin, respondentlərin seçimi zamanı, adətən, reprezentativ yanaşma tətbiq olunur.
Azərbaycan dilinin izahlı lüğəti1. Yox olub getmiş hər hansı bir hadisənin yenidən təkrar olunması.
2. Hüquq. Müəyyən cinayətə görə əvvəllər məhkum olunmuş şəxsin həmin cinayəti yenidən törətməsi. □ Residivin cəzası.
3. Tibb. Sağalması güman edilən hər hansı bir xəstəliyin yenidən ağırlaşması; ekzaserbasiya.
Azərbaycan dilinin izahlı lüğətiHər hansı sahədə (iqtisadi, siyasi, təbiət, elm, informatika və s.) mövcud olan ehtiyat bazası, hələ istifadə edilməmiş imkanlar, mənbələr. □ Təbii resurslar. Elektron resurslar.
See also: