Rəsmi səciyyə almaq, rəsmi şəkil almaq; qanuniləşmək. □ Məsələ rəsmiləşdi.
Bax: rəsmiyyət.
Bir iş yerinə yetirildiyi zaman tələb olunan şərtlər, qayda və üsullar; bir işin rəsmi cəhəti. □ ..Yusif! Rica edirəm, rəsmiyyəti hələlik bir tərəfə buraxaq və səmimi danışaq. (Ə.Vəliyev).
İşin əsil mahiyyəti zərərinə olaraq onun rəsmi (zahiri) cəhətinə həddindən artıq fikir vermə, bir şeyə qarşı ifrat dərəcədə rəsmi münasibət. □ Rəsmiyyətçilik etmək.
Rəsmi olaraq, rəsmi şəkildə. □ Eldar rəsmiyyətlə onları .. tanış edir. (S.Hüseyn).
Bax: parad.
Rəsm çəkilmiş, rəsm verilmiş, rəsmi olan; şəkilli. □ Rəsmli kitab. Rəsmli jurnal.
Təsviri incəsənət sahəsində yaradıcı işçi; rəsm çəkən sənətkar. □ Rəssamın fırçası yorulmadan işlərdi. (İ.Əfəndiyev).
See also:
1. Rəssam sənəti, rəssam peşəsi. □ Rəssamlıq etmək.
2. Rəssamın işi ilə bağlı olan. □ Rəssamlıq salonu. Rəssamlıq sərgisi.
1. Arxaizm. Elçi, səfir.
2. İlahiyyat. Peyğəmbər, nəbi. □ Allahın rəsulu.
İgidlik, qoçaqlıq, qəhrəmanlıq. □ Döyüş rəşadəti. Əmək rəşadəti.
İgid, qoçaq. □ Rəşadətli ordu.
Titrəmə, titrəyiş, əsmə. □ Birdən rəssamın dodaqları rəşə ilə titrədi. (İ.Əfəndiyev).
İgid, qoçaq, qəhrəman, rəşadətli. □ Qabaqkı arvadı da rəşid idi, indiki arvadı da qoçaqdır. (Ə.Vəliyev).
Qoçaqlıq, igidlik, qorxmazlıq, rəşadət. □ ..Biz ki .. rəşidliyini danmırıq. (M.F.Axundzadə).