Qəbul etməmə, yox cavabı vermə, mənfi cavab vermə. □ Kazım əli ilə rədd işarəsi verdi. (Mir Cəlal).
Ləpir, ayaq yeri, iz. □ Sabah olan kimi hər üç pəhləvan yola düşüb, qanın rəddi ilə düzzülmət quyusunun başına gəldilər. (Nağıl).
See also:
Qab-qacaq və s. düzmək üçün evin divarına və ya şkafa şaquli vəziyyətdə vurulan taxta parçası, yaxud divar tikiləndə qoyulan şaquli çıxıntı. □ Rəfdə var fincan; İçi dolu mərcan. "Qəndqabı" (Tapmaca).
Qaldırma, aradan götürmə, rədd etmə, ləğv etmə, yox etmə. □ Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. (F.Köçərli).
Azərbaycan dilinin izahlı lüğəti1. Qız və ya qadının qız və ya qadın yoldaşı. □ Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib, sübhə qədər gözlərini yummadı. (S.S.Axundov).
2. Qadın, zövcə, yoldaş. □ ..tifilə baxmadan əvvəl əyilib rəfiqəsinin solğun alnından öpdü. (Ə.Məmmədxanlı).
Azərbaycan dilinin izahlı lüğəti