Dənizçilik. Gəmilərin, limanın daxilində və ya yaxınlığında lövbərdə durduqları yer. □ Reyddə durmaq.
1. Hərb. Mütəhərrik hərbi qüvvələrin hər hansı bir məqsədlə düşmən arxasına soxulması, basqını. □ Süvari reydi. Partizanların müvəffəqiyyətli reydi.
2. İctimai təşkilatların və ya mətbuatın tapşırığı ilə fəallar dəstəsinin gözlənilmədən apardığı təftiş, yoxlama. □ Axşam qızlar evə qayıdanda reydi yaxşı keçirmək məsələsini bir də müzakirə elədilər. (Ə.Vəliyev).
See also:
Botanika. Xoşiyli, dekorativ, bəzi növləri yeyilən birillik mədəni bitki. □ Suyun bəndinə qurban, hey nar, ey nar; Yarın kəndinə qurban, gül, ey reyhan; Həyətdə at yəhərlər, hey nar, ey nar; Sinəbəndinə qurban, gül, ey reyhan. (Xalq mahnısı).
Azərbaycan dilinin izahlı lüğəti