1. İncəsənət. Teatrda, estradada, konsertdə və s.-də ifa olunan dramaturji, musiqi və s. əsərlərinin məcmusu. □ Teatrın repertuarı.
2. İncəsənət. Birisinin ifa etdiyi rolların, musiqi əsərlərinin və s.-nin məcmusu. □ Artistin repertuarı.
Azərbaycan dilinin izahlı lüğəti1. Natiqin çıxışı və ya tamaşa zamanı yerdən atılan söz, edilən etiraz. □ Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı. (C.Cabbarlı).
2. Hüquq. Tərəflərdən birinin məhkəmə prosesində etirazı. □ Replika vermək.
3. Teatr-kino. Səhnədə bir rolda oynayan şəxsin tərəfi-müqabilin sözlərinə cavabı, habelə bir personajın axırıncı sözləri (ki, bunun ardınca o biri personajın sözləri gəlir).
4. Musiqi. Musiqi frazasının başqa səs və ya başqa tonda təkrarı.
Azərbaycan dilinin izahlı lüğəti1. Tibb. Həkimin, qəbul edilmək qaydası da daxil olmaqla dərman hazırlamaq üçün aptekə yazılı göstərişi; nüsxə. □ Professor resept yazdıqdan sonra Səriyyə ilə vidalaşdı və sabah yenə gəlib xəstəyə baxacağını vəd etdi. (M.Hüseyn).
2. Bir şeyi hazırlama üsulu, qaydası.
3. Məcazi mənada: bu və ya başqa təsadüfdə necə hərəkət etmək haqqında məsləhət, göstəriş.
Azərbaycan dilinin izahlı lüğəti