Reklam
Reklam

All dictionaries

qarışmaq [qarışmax] feil

1. Başqa şeyin, ya şeylərin içərisinə girib orada itib getmək, ayrılmayacaq, fərqlənməyəcək, seçilməyəcək hala düşmək. □ Boyalar qarışdı.

2. Birləşərək bir kütlə halına gəlmək; qovuşmaq, birləşmək, qoşulmaq. □ Bütün dəstə hücuma keçən böyük axına qarışdı. (M.Hüseyn).
3. Qarma-qarış olmaq, nizam və tərtibi pozulmaq, bir-birinin içinə girmək, dolaşıq düşmək. □ Onun bığları saqqalına, saqqalı da bığlarına qarışmışdı.(Qantəmir).
4. Səs-küy düşmək, canlanmaq, hərəkətə gəlmək. □ Qarışdı, səsləndi birdən aralıq.. (S.Vurğun).
5. Müdaxilə etmək, iştirak etmək, bir işin gedişinə təsir etmək. □ Özgənin işinə qarışmaq.
6. Bulanmaq. □ Ürəyim qarışır.
7. Pozulmaq. □ Axşamüstü hava qarışdı.

See also:

frazeologizm: ağlı qarışmaq frazeologizm: aləm bir-birinə dəymək (qarışmaq) frazeologizm: ara qarışmaq frazeologizm: ara qarışdı, məzhəb itdi frazeologizm: başı qarışmaq frazeologizm: bir-birinə dəymək (qarışmaq) frazeologizm: dünya-aləm bir-birinə dəymək (qarışmaq) frazeologizm: əhvalı qarışmaq frazeologizm: halı qarışmaq frazeologizm: işə qarışmaq frazeologizm: işinə qarışmaq frazeologizm: kələfi qarışmaq frazeologizm: saçı-saqqalı bir-birinə qarışmaq frazeologizm: söhbətə qarışmaq frazeologizm: sözə qarışmaq frazeologizm: şər qarışmaq frazeologizm: toran çalmaq (qarışmaq) Azərbaycan dilinin izahlı lüğəti