1. İşıq yoxluğu, baxanda heç bir şey görünməyən hal; zülmət. □ Kəndə qaranlıq çökdü.
2. Sifət kimi: işıqdan məhrum, işığı olmayan; işıqsız, zülmətli. □ Qaranlıq yerdə daş atmazlar. (Atalar sözü).
3. Sifət kimi məcazi mənada: bəlli olmayan, aydın olmayan, anlaşılmaz. □ Qaranlıq məsələ.
4. Məcazi mənada: cəhalət, mədəniyyətsizlik, mədəni gerilik mənasında. □ Mən deyirəm ki, camaat qaranlıqdadır, biz gərək ... onlara nicat yollarını göstərək. (Ə.Haqverdiyev).
5. Sifət kimi: cahil, mədəniyyətsiz, mədəniyyətcə geri mənasında. □ Nərimanovun bədii əsərlərində keçmişin qaranlıq mühitindən, lənətlə və nifrətlə qarşılanan mənzərələrindən söhbət gedir. (M.Arif).
See also: