1. Dənəsi, giləsi qara olan. □ Qaragilə üzüm.
2. İsim kimi: salxımlı qara və ya qırmızı turş meyvəsi olan kol bitki və bu bitkinin meyvəsi. □ Yanır kəpənəyin zərif qanadı; Quruyur yemşanın qaragiləsi. (X.Rza).
3. Qaragöz mənasında.
4. Azərbaycan xalq havalarından birinin adı.
1. Bədbəxt, başıbəlalı, yazıq; həyatı, güzəranı çox ağır keçən. □ Sənin adına və abrına zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü qaragünlü edim? (M.F.Axundzadə).
2. İsim kimi: qaragün. □ Hər yerdə qaragünlü xətadan uzaq olmaz. (Q.Zakir).
Azərbaycan dilinin izahlı lüğəti