1. Bağlanmaq, kilidlənmək. □ Pəncərələrin hamısı qapanmışdır.
2. Örtülmək. □ ..Yenidən gözləri yenə qapanır. (A.Səhhət).
3. Buludla örtülmək, tutulmaq, çulğalanmaq. □ Hava soyudu, göyün hər tərəfi qapandı.
4. Tıxanmaq, kip bağlanmaq, tutulmaq. □ Qapı-pəncərə yaman qapanmışdır, nəfəs almaq olmur.
5. Ucları, kənarları, son nöqtələri birləşdirilmək.
6. Bitirilmək, dayandırılmaq, bağlanmaq. □ Iclas axşam saat 10-da qapandı.
7. Rəsmən ləğv edilmək, qadağan edilmək; işləməsinə, fəaliyyətinə, çıxmasına icazə verilməmək, bağlanmaq. □ Bu fitva çıxandan sonra kinoteatrların bir neçəsi qapandı. (M.S.Ordubadi).
8. Bayıra çıxmamaq, içəridə oturub qalmaq. □ Bir neçə gün evə qapandıq.
9. Sıxınmaq. □ .. anasının səsini eşidəndə qaçıb dizlərinə qapanardı. (I.Əfəndiyev).
10. Yıxılmaq. □ Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. (M.Hüseyn).
11. Haqq-hesab kəsilmək, tamamlanmaq, ləğv edilmək. □ Keçənilki mühasibat dəftərləri qapandı.
1. Əl ayası ilə başa vurma. □ Başına qapaz vurmaq.
2. Məcazi mənada: zülm, təhqir. □ ..Əl-ayaq zəncirdədir, baş qapazlı, sinə dağ. (B.Vahabzadə).
See also: