Reklam
Reklam

All dictionaries

qala [qala] isim fr. de gala – böyük konsert

Orta əsrlərdə Avropa ölkələrində düzənlənən izdihamlı bayram konsertləri; əlamətdar hadisə münasibətilə xüsusi olaraq hazırlanmış dəbdəbəli tamaşa-konsert. □ Yeni il qala konserti.

Azərbaycan dilinin izahlı lüğəti

qlobal [qlabal] sifət fr. global < lat. globus – kürə

Bütün Yer kürəsini bürüyən, dünya miqyaslı; hərtərəfli, əhatəli, universal. □ Qlobal istiləşmə.

See also:

jurnalistika: qlobal informasiya mühiti jurnalistika: qlobal kənd jurnalistika: qlobal şəbəkə jurnalistika: naqilsiz qlobal şəbəkə coğrafiya: qlobal istiləşmə coğrafiya: qlobal okean Azərbaycan dilinin izahlı lüğəti

qlossari [qlassari] isim lat. glossarium – köhnəlmiş sözlərin lüğəti

Dilçilik. Konkret bir sahəyə aid olan sözlük; əsasən, qədim mətnlərdə azişlənən və köhnəlmiş sözlərin izahlı lüğəti. □ Terminlərin qlossarisi.

Azərbaycan dilinin izahlı lüğəti

qolf [qolf] isim ing. golf < şotl. gouf – vurmaq, batırmaq

İdman. İngiltərə, ABŞ və Kanadada geniş yayılmış idman oyunu; oyunun məqsədi xüsusi ağacla kiçik topu çalalara salmaqdır. □ Qolf oyununda topu çalaya salmaq üçün minimal sayda zərbədən istifadə etmək lazımdır.

Azərbaycan dilinin izahlı lüğəti

qonorar [qanarar] isim lat. honorarium – mükafatlandırma, fəxri ənam

Elmi, ədəbi-bədii və s. işlər üçün ödənilən əməkhaqqı, mükafat. □ Qonorar almaq.

See also:

jurnalistika: müəllif qonorarı Azərbaycan dilinin izahlı lüğəti

qotika [qotik'a] isim fr. gothique < alm. gotik – barbarlar

İncəsənət. Orta əsrlər Avropasına xas olan arxitektura üslubu. □ Qotika üslubu sivriuclu, şişbucaqlı qübbə və tağlarla, daş naxışlarının müxtəlifliyi, zərifliyi ilə və vitrajlarla xarakterizə olunur.

Azərbaycan dilinin izahlı lüğəti

qradasiya [qradasiya] isim lat. gradatio – tədricən yüksəlmə, güclənmə < gradus – dərəcə

Prosesin mərhələlərə bölünməsinin tədriciliyi; bir şeydən digərinə keçidin tədrici ardıcıllığı. □ Musiqi tonlarının qradasiyası. Rənglərin qradasiyası.

See also:

jurnalistika: qradasiya retuşu Azərbaycan dilinin izahlı lüğəti

qrafika [qrafik'a] isim yun. graphike < grapho – yazıram, çəkirəm

1. İncəsənət. Boyasız cizgilərlə şəkilçəkmə üsulu və bu üsulla çəkilmiş şəkil. □ Qrafika sənəti.

2. Dilçilik. Səslərin yazıda ifadəsi, əlifba. □ Latın qrafikası. Kiril qrafikası.

See also:

jurnalistika: kompüter qrafikası Azərbaycan dilinin izahlı lüğəti

...qrafiya [qrafiya] yun. grapho – yazıram

Aşağıdakı mənaları verən mürəkkəb sözlərin tərkib hissəsi:

1) sözün birinci hissəsindəki əşyanı təsvir, tədqiq edən elm (məs.: biblioqrafiya, etnoqrafiya);

2) yazının qrafik üsulla əks etdirilməsi, çap üsulu (məs.: kalliqrafiya, stenoqrafiya, litoqrafiya);

3) müəyyən problemə həsr olunmuş tematik elmi əsər (məs.: monoqrafiya).

Azərbaycan dilinin izahlı lüğəti

...qram [qram] yun. gramma – cizgi, hərf, yazılış

Qrafik təsvir, yazı bildirən mürəkkəb sözlərin tərkib hissəsi (məs.: diaqram, radioqram, teleqram).

Azərbaycan dilinin izahlı lüğəti

qran-pri [qran-pri] isim fr. grand prix – böyük priz

Festivalda, müsabiqədə jürinin seçimi ilə ən yaxşılara verilən ali mükafat. □ İlin qran-prisi.

Azərbaycan dilinin izahlı lüğəti

qrant1 [qrant] isim

“Kran” sözünün danışıq dilində işlənən forması. □ Salmanova qrantın altında əlini yudu. (Ə.Əbülhəsən).

qrant2 [qrant] isim ing. grant – hədiyyə, bəxşiş

1. Qeyri-hökumət təşkilatlarının təqdim etdiyi müxtəlif layihələri maliyyələşdirmək üçün beynəlxalq təşkilatların və ya dövlət qurumlarının ayırdığı maliyyə vəsaiti. □ Qrant almaq.

2. Tədris müəssisələrinə, yaradıcılıq kollektivlərinə, idman komandalarına və s.-yə idarəçilik orqanlarının dövlət, yaxud bələdiyyə vəsaitləri hesabına verdiyi əvəzsiz dotasiyasubsidiyalar. Dövlət qrantı.

3. Tələbələrə və şagirdlərə dövlət və ya yerli büdcədən ödənilən təqaüd. □ Təhsil qrantı.

Azərbaycan dilinin izahlı lüğəti

qravitasiya [qravitasiya] isim latın

Fizika. İstənilən materiya növləri, o cümlədən səma cisimləri arasında qarşılıqlı əlaqə və təsir; obyektlərin bir-birini cəzb etməsi, cazibə. □ Qravitasiya təsiri.

See also:

coğrafiya: qravitasiya axını coğrafiya: qravitasiya çöküntüləri coğrafiya: qravitasiya diferensiasiyası coğrafiya: qravitasiya suları Azərbaycan dilinin izahlı lüğəti

qravür [qravür] isim fr. gravure < qraver – kəsib ayırmaq

İncəsənət. Klişedən alınan şəkil; oyma üsulu ilə üzərində şəkil əks etdirilmiş lövhəcik; oymaçılıq sənəti. □ Qravür sərgisi.

Azərbaycan dilinin izahlı lüğəti

qrif [qrif] isim fr. griffe < alm. griff – dəstə, sap, qulp, tutacaq

Hər hansı sənəd və ya nəşrdə onun status və təyinatını müəyyən edən xüsusi qeyd. □ Xidməti istifadə üçün nəşrlər, dərsliklər, metodik vəsaitlər və s. üçün ayrıca qrif verilir.

See also:

jurnalistika: məxfilik qrifi Azərbaycan dilinin izahlı lüğəti