Reklam
Reklam

All dictionaries

oranjereya [aranjereya] isim fr. orangerie < orange – portağal

İsti ölkələrdən gətirilmiş nadir ağac, yaxud ekzotik kol və gülləri çoxaltmaq, yaxud onları qışdan çıxarmaq üçün şüşədən düzəldilmiş qapalı yer, istixana; müxtəlif növ güllərin əkilib-böyüdüldüyü yer. □ Bənzərsiz oranjereya.

Azərbaycan dilinin izahlı lüğəti

oratoriya [aratoriya] isim ital. oratorio < lat. oro – danışıram, ibadət edirəm

Musiqi. Xor və orkestr üçün yazılmış, dramatik süjeti olan, lakin operadan fərqli olaraq konsertdə ifa üçün nəzərdə tutulan irihəcmli musiqi əsəri. □ “Qarabağ” oratoriyası.

Azərbaycan dilinin izahlı lüğəti

ordinar [ardinar] sifət lat. ordinarius – sadə

1. Adi, sıravi, nəzərə çarpmayan, kənarda qalan, heç nə ilə fərqlənməyən, diqqəti cəlb etməyən. □ Ordinar yazıçı.

2. Arxaizm. 1917-ci il rus inqilabından əvvəl elmi vəzifə adlarının tərkibində “ştatda olan”, “ştatlı” mənasında işlənən söz. □ Ordinar professor.

Azərbaycan dilinin izahlı lüğəti

orfoepiya [arfaepiya] isim yun. orthoepeia, orthos – düzgün + epos – nitq

Dilçilik. Sözlərin düzgün tələffüzü haqqında elm, qaydalar sistemi. □ Orfoepiya danışıq səslərinin müxtəlif mövqelərdə deyilişini, fonetik hadisələri, intonasiya, vurğu və alınma sözlərin tələffüzü məsələlərini əhatə edir.

See also:

jurnalistika: orfoepiya normaları Azərbaycan dilinin izahlı lüğəti

orfoqrafiya [arfaqrafiya] isim yun. orthographia, orthos – düzgün + ...qrafiya

Dilçilik. Sözlərin düzgün yazılışını tənzimləyən vahid qaydalar sistemi. □ Orfoqrafiya lüğəti.

See also:

jurnalistika: orfoqrafiya normaları Azərbaycan dilinin izahlı lüğəti

oriyental [ariyental] sifət lat. oriens (orientis) – Şərq

Şərq ölkələrinə xas olan; Şərqə aid. □ Oriyental rəqs.

Azərbaycan dilinin izahlı lüğəti

oriyentasiya [ariyentasiya] isim fr. orientation hərf. Şərqə yönəlmə < lat. oriens (orientis) – Şərq

1. Dayandığı yerin koordinatlarını təyinetmə, müəyyənləşdirmə. □ Oriyentasiyanı itirmək.

2. Məcazi mənada: əqidə, məslək, dəyər və fəaliyyətə münasibət. □ Oriyentasiyanı müəyyən etmək.

Azərbaycan dilinin izahlı lüğəti

ornament [arnament] isim lat. ornamentum – bəzək

İncəsənət. Rəssamlıq, heykəltəraşlıq və s.-də təkrarlanan həndəsi elementlərdən və ya bitki, heyvan motivlərindən ibarət naxış, bəzək. □ Milli ornamentlər.

Azərbaycan dilinin izahlı lüğəti

ornitologiya [arnitalogiya] isim yun. ornis (ornithnos) – quş + ...logiya

Zoologiyanın quşları öyrənən bölməsi. □ Ornitologiya mərkəzi.

Azərbaycan dilinin izahlı lüğəti

ortodoksal [artadak'sal] sifət yun. orthodoxos – qatı, ardıcıl

Hər hansı sistemə, qaydaya, təlimə (daha çox dini) mühafizəkarcasına, bütün xırdalıqları ilə əməl edilməsi. □ Ortodoksal baxış.

Azərbaycan dilinin izahlı lüğəti

ozon [azon] isim yunan

Kimya. Oksigenin üç atomunun birləşməsi; kəskin iyli mavi qaz.

See also:

coğrafiya: ozon ekranı Azərbaycan dilinin izahlı lüğəti

o1 [o]

Üçüncü şəxs əvəzliyinin təki; haqqında danışılan və ya göstərilən şəxsi bildirir. □ O gəldi.

o2 [o] əvəzlik

1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olmayan,yaxud uzaq olan şeyi göstərir, həm də ismə konkretlik verir. □ O kitablar mənimdir. O otaqda kim yaşayır? 

2. Qoşa olan iki şeyin ikincisini göstərir. □ Yolun o tərəfində. Gölün o sahili.
3. İsim kimi: haqqında danışılan, göz qabağında olmayan və ya uzaqda olan hadisə, şey. □ O mümkün deyil.

o3 [o] nida

Heyrət, təəccüb bildirir (bəzən təkrar edilərək işlədilir). □ O! Bu kimdir? O! Bu heç olmadı.

See also:

frazeologizm: bir qulağından alıb o biri qulağından vermək (ötürmək) frazeologizm: bir üzünə tüpürürsən, o biri üzünü çevirir frazeologizm: bu başdan vurub o başdan çıxmaq frazeologizm: bu xına (həna) o xınadan (hənadan) deyil frazeologizm: bu küçə mənim, o küçə sənin frazeologizm: bu qulağından alıb o qulağından vermək (ötürmək) frazeologizm: burnunun ucundan o yanı görməmək frazeologizm: cəhənnəmin o başında yaşamaq frazeologizm: çomağın o biri başını çevirmək frazeologizm: dadanmısan dolmaya, o da bir gün olmaya frazeologizm: daşdan səs çıxdı, ondan yox frazeologizm: dəyənəyin o biri başını döndərmək frazeologizm: dünyanın o başı frazeologizm: it ölər, o ölməz frazeologizm: külək hansı yana əssə, o yana əsmək frazeologizm: mən atlı olmuşam, o, piyada frazeologizm: mən həmdən-həmə, o, bəmdən-bəmə frazeologizm: o, atlı olub, mən piyada frazeologizm: o baban ölüb frazeologizm: o dünyanı görüb gəlmək (qayıtmaq) frazeologizm: o dünyaya gedib-gəlmək frazeologizm: o gedən getdi frazeologizm: o günə daş düşəydi (yağaydı) frazeologizm: o ki var frazeologizm: o vaxtdan çox sular axıb frazeologizm: odu, budu frazeologizm: onunla kəşfiyyata getmək olar frazeologizm: özünü o yerə qoymamaq Azərbaycan dilinin izahlı lüğəti