1. Doqquzdan sonra gələn ədəd – 10. 2. On birdən on doqquza qədər mürəkkəb sayların birinci tərkib hissəsi.
See also:
1. Xəzinəsi on patron tutan tüfəng və ya tapança. □ ...onaçılan tapança götürər, kişi kimi gəzərdi. (“Aşıq Ələsgər”). 2. Sifət kimi: xəzinəsi on patron tutan tüfəng və ya tapança. □ Onatılan tüfəng.
Ədəbiyyatşünaslıq. Hər misrası on altı hecadan ibarət olan şeir ölçüsü.
Bax: onaçılan.
1. On ay üçün düzəldilmiş, on aylıq müddət nəzərdə tutulmuş, yaxud on ay ərzində olmuş. □ Onaylıq hesabat. Onaylıq kurs. 2. Yaşı on ay olan. □ Onaylıq uşaq.
1. Fəhlə qrupuna başçılıq edən adam. 2. Arxaizm. On nəfərə başçılıq edən əsgər; yefreytor.
1. Ədəbiyyatşünaslıq. Hər misrası on beş hecadan ibarət olan şeir. 2. On beş nömrəli, on beş vahiddən ibarət (ölçü, ya şey). □ Onbeşlik lampa. Onbeşlik taxta.
Təhsil müddəti on bir il davam edən, on bir il sürən məktəb. □ Onbirilliyi bitirmək.
Ədəbiyyatşünaslıq. Hər misrası on bir hecadan ibarət olan şeir ölçüsü.
Bax: onbucaqlı.
1. On bucağı olan həndəsi cisim, onkünclü cisim. 2. Sifət kimi: on bucağı olan. □ Onbucaqlı fiqur.
1. Ancaq on, yalnız on. □ Onca qəpik pulum qalıb. 2. Bəzən təyin etdiyi sözə böyüdücülük çaları verir. □ Niyə xoşun gəlmir, onca manata almışam.
1. İndi yox, o zaman, o vaxt. □ Gələrəm, onda danışarıq. 2. Elə isə, o halda, elədə. □ Onda düz demirsən. Onda görərsən.
Ədəbiyyatşünaslıq. Hər misrası on dörd hecadan ibarət olan şeir ölçüsü.
1. Arxaizm. On girvənkə ağırlığında olan. □ Ongirvənkəlik daş. 2. İsim kimi: on girvənkə ağırlığında olan çəki daşı. □ Ongirvənkəliyi tərəzinin gözünə qoymaq.