1. Ərəb əlifbasında “ݖ” şəklində yazılan hərfin adı. 2. Məcazi mənada: klassik şeirdə gözəlin qaşları bu hərfə – qövsə oxşadılır. □ Qaşın bir nundur, çəkmiş qəza qüdrətdən. (M.V.Vidadi).
Xarici dövlətlərdə Roma papasının daimi diplomatik nümayəndəsi (bu vəzifə səfir vəzifəsi ilə eyni sayılır).
1. Aydınlıq, işıq. □ Göy üzü damar-damar; Göydən yerə nur damar. (Bayatı).
2. Məcazi mənada: maarif, aydınlıq, tərəqqi simvolu kimi işlənir. □ Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. (S.Ə.Şirvani).
See also:
1. Nurlu, işıqlı, aydın. 2. Məcazi mənada: hörmətli, hörmətə layiq, müqəddəs simalı, üzündən nur yağan. □ Nurani qoca.
Nurani və hörmətə layiq adamın halı. □ Mirzə Valehin dən düşmüş saqqalı dümağ olur, ətrafa bir nuranilik saçırdı. (S.Rəhimov).
1. Lap işıqlı. □ Ətraf nurələnnur idi. 2. Məcazi mənada: yaxşıların yaxşısı, ən əla, ən yaxşı. □ Əgər belə iş görsəniz, lap nurələnnur olar ki. (P.Makulu).
Arxaizm. Çox istəkli, çox əziz adama nəvazişlə müraciət məqamında, ya onun haqqında deyilir – gözümün işığı, nuru. □ Açım kağızı, görüm mənim əziz, nuri-çeşmim Şamdan bəy nə yazır? (N.Nərimanov).
Bax: nuri-çeşmim.
Bax: nurlandırmaq.
1. İşıqlı etmək, işıqlandırmaq. □ Canlı bir məşəl; Qaranlıq gecəni nurlandırırdı. (M.Rahim). 2. Məcazi mənada: maarifləndirmək, mədəniyyətə çağırmaq. □ Xalqı nurlandırmaq.
Bax: nurlanmaq.
İşıqlanmaq, parlamaq. □ Üfüqlər bahar günəşinin ilk şəfəqləri ilə nurlanıb aydınlaşır. (M.Rzaquluzadə).
Bax: nurlatmaq.
İşıqlandırmaq, nura boyamaq, nura qərq etmək. □ Gecənin nurladacaq alnını ay, ulduzlar; Səni yad eyləyəcək nazlı gəlinlər, qızlar. (S.Rüstəm).