1. Adaxlı, nişanlanmış, ad edilmiş, deyikli. □ Nişanlı qız. Nişanlı oğlan.
2. İsim kimi: adaxlı, nişanlanmış, ad edilmiş, deyikli adam. □ Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. (Aşıq Ələsgər).
3. Nişanı olan, nişan taxmış, nişan vurmuş. □ Döşü nişanlı əsgər.
1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti; danışıq, danışma tərzi; tələffüz. □ Nitq üzvləri. Aydın nitq.
2. Ümumiyyətlə, danışma, söz, kəlam. □ O tayda çadrasız dolaşan qadına; Sual ver, nitqindən saçılsın ildırım. (M.Müşfiq).
3. İclasda, yığıncaqda, mitinqdə və s.-də camaata, dinləyicilərə xitabən irad olunan söz. □ ...kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular. (S.S.Axundov).
See also:
Tibb. Təbabətdə işlənilən, qan damarlarını genişləndirən dərman preparatı. □ Xəlilov uzun xiyabandakı ağac skamyada yanakı oturub... nitroqliserin atırdı. (M.Hüseyn).
Qeyd: nitr..., nitro. Azota aidlik bildirən kimyəvi, bioloji və s. terminlərin tərkib hissəsi. Məsələn: nitridlər, nitrifikasiya.
Azərbaycan dilinin izahlı lüğəti