1. Bir işdən, hadisədən və s.-dən doğan, çıxan hər hansı başqa bir hadisə və ya vəziyyət, hal; son, aqibət, axır. □ İşin nəticəsi. Təcrübənin nəticəsi.
2. Bir əsərin, məqalənin və s.-nin əsas məzmununun, mahiyyətinin qısaca xülasəsi, yekunu. □ Kitab bir müqəddimə, beş fəsil və bir nəticədən ibarətdir.
3. Zərf kimi: nəticədə şəklində – axırda, sonda, nəhayətdə. □ ...nəticədə zillət və səfalətdən başqa bir şey bulmazsınız. (H.Cavid).
Nəvənin uşağı. □ Sən nəvə nədir, nəticəni də görəcəksən, hələ bir kötükcəni də. (M.Hüseyn).
See also:
1. Nəticəsi olmayan, məqsədə çatmayan, heç bir nəticə verməyən, sonu müvəffəqiyyətsiz, aqibətsiz. □ Nəticəsiz iş.
2. Zərf kimi: nəticəsi olmayan, məqsədə çatmayan, heç bir nəticə verməyən, sonu müvəffəqiyyətsiz, aqibətsiz. □ Danışıqlar nəticəsiz qurtardı.
1. Avaz, ahəng, musiqi səsi. □ Qoy nəva ney tək edim ta nəfəsim var mənim. (S.Ə.Şirvani).
2. İniltili səs. □ Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. (M.Müşfiq).
3. Musiqi. Azərbaycan klassik muğamlarından biri. □ 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürk, zəngulə, rəhavi, hüseyni və hicaz. (Ü.Hacıbəyli).