1. Botanika. Ağ çiçəkli yabanı gül. □ Ərikgülü və ya nəstərən növü Azərbaycanda bir bəzək bitkisi kimi becərilir. (M.Qasımov).
2. Məcazi mənada: klassik ədəbiyyatda ağ, zərif, gözəl üz mənasında işlənmişdir. □ Ağ buxağı tərü-tazə nəstərən; İşvə ilən nazü-qəmzə göstərən. (Q.Zakir).
1. Kef, sevinc, ləzzət, zövq. □ Mey nəşəsini zövq bilər, cam nə bilsin. (M.Ə.Sabir).
2. Yüngülcə keflənmə. □ Şərabın nəşəsi.
See also:
1. Kefini açmaq, şadlandırmaq, əyləndirmək, kef vermək, ürəyini açmaq; ruh yüksəkliyi yaratmaq, ruhlandırmaq. □ ...gözəl qızlar əllərindəki udu çalır və xanımı nəşələndirirdilər. (M.S.Ordubadi).
2. Kefləndirmək, məst etmək, içkidən nəşələnmək.
1. Şən, şad, fərəhli. □ Ceyran çox nəşəli görünürdü, danışır, gülür, əylənirdi. (S.Hüseyn).
2. Ürək açan, ləzzət verən, zövq verən; xoş, gözəl. □ Nəşəli yer.
3. Yüngülcə kefli, məst.
4. Zərf kimi: nəşə ilə, ləzzətlə. □ ...nəşəli bir qullab vurub tüstüsünü başından yuxarı sovuraraq, hekayəsini davam etdirməyə başladı. (S.Hüseyn).
1. Çap edib yayma, çap edilib yayılma. □ “Əkinçi”nin nəşri öz dövrü üçün böyük tarixi hadisə idi.
2. Dərc etmə, elan etmə. □ Qərarın nəşrindən 2 il keçib.
3. Nəşr edilmiş, çapdan çıxmış kitab, jurnal, məcmuə və s. □ Kitabın ikinci nəşri.
4. Yayma, intişar etmə, dağıtma.
See also:
Kitab, qəzet, jurnal və s. nəşr etməklə məşğul olan müəssisə, idarə. □ Azərbaycan Dövlət Nəşriyyatı. Yazıçılar İttifaqı Nəşriyyatı.
See also: