1. Nalayiq, yersiz, münasibətsiz. □ ...naqabil sözümdən üzr istəyirəm. (Mir Cəlal).
2. İsim kimi: nalayiq, ləyaqətsiz; qanmaz adam. □ Əlli min suxtə, əlli min sail; Əlli min hoqqabazi-naqabil. (S.Ə.Şirvani).
3. İmkansız, mümkün olmayan; çətin, mahal. □ O, naqabil bir işdir.
4. Əxz etməyə, götürməyə qabiliyyəti, istedadı olmayan; qeyri-qabil. □ Tərbiyəyə naqabil.
1. Elektrik cərəyanını, səsi, istiliyi və s.-ni öz daxilindən keçirən cisim; keçirici. □ Metal elektrik naqilidir.
2. Arxaizm. Daşıyan, bir yerdən başqa bir yerə aparan, nəql edən. □ Mən ki böyük çayam, xalqa naqiləm; Səbəb odur bu qanuna tabeyəm. (A.Səhhət).
3. Arxaizm. Nəql edən, rəvayət edən; eşitdiyi, bildiyi əhvalatı başqasına danışan, çatdıran; ravi.
See also:
1. Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik. □ Naqis kitab. Naqis məktub.
2. Eyib və qüsuru olan; nöqsanlı, eyibli, qüsurlu. □ Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idi. (Ə.Vəliyev).
3. Riyaziyyat. Arxaizm. Çıxma əməli. □ Beş naqis iki – elər üç.
1. Qüsurluluq, natamamlıq; qüsurlu, nöqsanlı olma. □ ...bizim tərbiyə üsulumuzun naqisliyindən irəli gəlirmiş. (M.Hüseyn).
2. Naqis olma, eyiblilik, eyib və qüsuru olma. □ Bir qadın kimi... zahiri görkəmində böyük naqisliklər vardı. (B.Bayramov).