Reklam
Reklam

All dictionaries

liman [liman] isim yunan

1. Coğrafiya. Sahil boyunda qurunun tədricən çökdüyü yerlərdə dəniz suyunun geniş çay mənsəblərini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzi. □ Əgər fəhlələr sürətlə gedən katerə minsəydilər, Qara daşlarla liman arasındakı məsafəni beş saata qət edə bilərdilər. (M.Hüseyn).

2. Coğrafiya. Okean, dəniz və daxili su hövzələrinin sahilində gəmilərin durması və yük vurulub boşaldılması üçün körpü və başqa qurğularla təchiz olunmuş məntəqə; port. □ Yalnız küçələrdə deyil, limanda da qələbəlik vardı. (M.Hüseyn).

Azərbaycan dilinin izahlı lüğəti