1. Lətiflik, yumşaqlıq, xoşluq. □ Daha səsində köhnə lətafət qalmadı. (Ə.Haqverdiyev).
2. Gözəllik; ruhu oxşayan hal və keyfiyyət, məlahət, qəşənglik. □ Bu hüsnü lətafətdə, yəqindir, bəşər olmaz; Rüxsarıva bənzər fələküzrə qəmər olmaz. (S.Ə.Şirvani).
1. Folklor. Həyatdakı, məişətdəki gülməli və məzəli əhvalatlar haqqında yığcam, qısa hekayə, anekdot.
2. Ümumiyyətlə, zarafat, güldürücü qəribə söz, hekayə.
Klassik ədəbiyyatda gözəl, incə, qəşəng (qız və ya qadın) mənalarında işlənmişdir. □ Əndamı lətifeyi-ilahi; Dəryayi-lətafət içrə mahi. (M.Füzuli).
Azərbaycan dilinin izahlı lüğəti