Bax: ləkələnmək.
See also:
1. Ləkələndirici bir şeydən üzərinə ləkə düşmək, ləkə tutmaq, ləkə-ləkə olmaq; batmaq, ləkələrlə örtülmək. □ Örpəyi ləkələnmək. Paltosu ləkələnmək.
2. Məcazi mənada: bədnam olmaq, rüsvay olmaq, biabır olmaq. □ Hər bir halda qızın adı ləkələnsə, ölüm ondan yaxşıdır. (C.Cabbarlı).
1. Ləkəsi olan, üzərinə ləkə və ya ləkələr düşmüş, ləkə basmış; çirklənmiş, batmış, bulanmış. □ Ləkəli parça. Ləkəli ayaqqabı. Ləkəli örpək. Ləkəli paltar.
2. Gözün ağında qara və ya qırmızı xal (ləkə) əmələ gəlmiş. □ Ləkəli göz.
3. Məcazi mənada: adamı ləkələyən, rüsvay edən, alçaldan şey; rüsvayçılıq, biabırçılıq, şərəfsizlik. □ Ləkəli ad. Ləkəli adam.