1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. □ Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək.
2. Bədənin müxtəlif yerlərində hər hansı bir səbəbə görə əmələ gələnrəng dəyişikliyi. □ Üzünə ləkə düşmək. Əlinin üstündə ağ ləkələr var. Gözündə ləkə var.
3. Məcazi mənada: adamı ləkələyən, rüsvay edən, alçaldan şey; rüsvayçılıq, biabırçılıq, şərəfsizlik. □ Dul arvad ağ kalağayıdır toxunma, ləkə düşər. (Atalar sözü).
See also:
1. Paltara, yaxud bir şeyin üstünə ləkə salmaq; batırmaq, bulamaq. □ Paltarını ləkələmək. Kitabı ləkələmək. Çəkmələrini ləkələmək.
2. Məcazi mənada: birisinin adına, şərəfinə toxunulacaq söz demək; olmayan şeyi ona istinad etmək, bədnam etmək, rüsvay etmək, biabır etmək, hörmətdən salmaq, qara yaxmaq. □ Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almaz xanımı biabır edirsən, ləkələyirsən? (C.Cabbarlı).