1. Bundan əvvəlki, ötən, cari, axırıncı, sonuncu. □ Keçən il. Keçən həftə.
2. Keçmiş, keçib getmiş, vaxtilə olmuş, keçmiş hadisə. □ Keçən günə gün çatmaz. (Atalar sözü).
3. Zərf kimi: keçənlərdə, keçənlərdən, keçənlər şəklində (bəzən “bu” sözü ilə) – keçmişdə,keçmişdən, keçmiş, olmuş şeylər. □ Ürək deyir: Zaman, keçmə, amandur; Keçənlərdə gözüm var, bir dayan, dur! (M.Şəhriyar). Bu keçənlərdə ingilis əfsərləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. (Ü.Hacıbəyli).
1. Süd, yun, ət verən buynuzlu ev heyvanı. □ Keçi əti. Keçi südü. Keçi balası (çəpiş). Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. (Atalar sözü).
2. Məcazi mənada: çox dəcəl, oynaq uşaq haqqında.
See also:
1. Ötüb-getmək. □ Geri qayıtmağa tənbəllənib, usta bir təhər .. keçib-getdi. (Y.V.Çəmənzəminli).
2. Yox olmaq, silinib getmək, yaddan çıxmaq, unudulmaq. □ Bunların hamısını bir tərəfə qoy, mənə tənə vurma, bu yəhərin üstündə çox pəhləvanlar oturubdur. ..Bunların hamısı keçib-gedər, sən də keçib-gedəcəksən. (M.S.Ordubadi).
1. Hər hansı bir yarışda və s.- də yeni qaliblərə, birincilik qazananlara verilən. □ Keçici kubok.
2. Müvəqqəti, ötəri. □ Keçici yağış. Keçici sevinc. Keçici həvəs.
3. Bir neçə il davam edən, keçən ildən qalan, gələn ilə qalan. □ Keçici mövzu. Keçici məbləğ.
Yoluxucu, yoluxan, keçən. □ Keçici xəstəlik.
Azərbaycan dilinin izahlı lüğəti1. Bir yerdən başqa yerə keçmək üçün yol; keçəcək, keçiləcək yer. □ Keçid başından bəlli olar. (Atalar sözü).
2. Bir vəziyyətdən (keyfiyyətdən) başqa vəziyyətə (keyfiyyətə) keçmək üçün olan; aralıq. □ Keçid dövrü. Keçid mərhələ.
See also: