1. Heç bir var-dövləti olmayan, ehtiyac içində yaşayan, yoxsul. □ Kasıb adam. Kasıb cavan mərd olar. (Atalar sözü).
2. İsim kimi: heç bir var-dövləti olmayan, ehtiyac içində yaşayan adam. □ Dalaşanda kasıb köynəyin gözlər, varlı isə üzünü. (Atalar sözü). Dünya kasıba zindandır, varlıya – meydan. (Atalar sözü).
3. Yoxsul, kasıbyana, kasıbvarı; yoxsulvarı. □ Bir azdan sonra kasıb bir süfrə açıldı. (A.Şaiq).
4. Məcazi mənada: zəif, naqis, qüsurlu. □ Bilikdən bir az kasıbdır. Ağıldan kasıb.
1. Kasıba layiq, kasıba müvafiq, kasıbın gücü, imkanı çatdığı qaydada; kasıbvarı, kasıbyana. □ ..kasıbca süfrəsi həmişə dostların qabağında açıq olardı. (“Koroğlu”).
2. Sifət kimi məcazi mənada: kiçik, balaca, az. □ Canı var süddən bayaz; Kasıbca boydan bir az. (Ə.Cavad).