1. Bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan (əsasən dəvə) dəstəsi (qatarı); qafilə. □ İt hürər, karvan keçər. (Atalar sözü).
2. Məcazi mənada: toplu halında bir-birinin ardınca, sıra ilə hərəkət edən şeylər haqqında. □ Təyyarə karvanı. Maşın karvanı. Gəmi karvanı.
3. Məcazi mənada: klassik ədəbiyyatda gəlib keçən şey (“bu dünyadan köçmə” mənasında) mənasında işlənmişdir. □ Bahar yetməkdədir, Qövsi, gözün aç, qönçə tək uyma; Yetişər köçməyə növbət sənə həm, karivandır bu. (Qövsi Təbrizi).
See also:
1. Arxaizm. Karvanla yük daşıyan adam.
2. Arxaizm. Karvan başçısı, karvanı idarə edən şəxs; karvanbaşı. □ İbn Mingə qulaqlarına inanmadı, karvanbaşı olduğu bir karvanda karvançı bir oğlanın üzəngisini tutmaq onun üçün çox ağır və dözülməz bir cəza idi.. (Ə.Məmmədxanlı).
1. Özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan xüsusi bina. □ ..küçələrdə gəzə-gəzə bir adam axtarırdı ki, karvansaranı soruşsun, bir də gəlib bir meydana çıxdı. (“Koroğlu”).
2. Məcazi mənada: qonağı, gəlib-gedəni çox olan yer haqqında. □ Ev dönüb karvansaraya.
3. Böyük, geniş yer mənasında. □ Araba karvansara kimi böyük bir həyətə girdi. (A.Şaiq).
4. Məcazi mənada: yoxsul, kasıb, içində müxəlləfatı, dir-dirriyi olmayan mənzil haqqında. □ Evi karvansaraya oxşayır.