1. Hər birinin dörd növü olmaqla, üzərindəki şəkil və işarələrlə bir-birindən fərqlənən qumar kağızlarının hər biri, qumar kağızı. □ Kart vermək. Kart almaq. Kart paylamaq.
2. Həmin kağızlarla oynanılan oyun. □ Kart oyunu. Kartda udmaq. Kartda bəxti gətirmək. Kart oynamaq.
1. Üzərində bir şey yazmaq üçün düzbucaq şəklində kəsilmiş qalın kağız, ya karton vərəqəsi (kartoteka vahidi kimi). □ Kataloq kartoçkası. Kartoteka beş min kartoçkadan ibarətdir.
2. Kiçik ölçüdə fotoşəkil. □ Foto kartoçkası.
3. Bilet və ya vərəqə şəklində vəsiqə. □ Üzvlük kartoçkası. Müxbir kartoçkası.
4. Arxaizm. Norma üzrə ərzaq və s. almaq üçün kəsilmə talonu olan blank. □ Çörək kartoçkası. Ərzaq kartoçkası. Kartoçka bürosu.