1. Klassik ədəbiyyatda mədən yeri, mədən mənalarında işlənmişdir. □ Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki, layiq ola, yoxdur. (M.Füzuli).
2. Məcazi mənada: mənbə, məxəz. □ Söylədi zahid: ey vəfa kanı! Bir qızım var ki, bu cahan canı. (S.Ə.Şirvani).
3. Məcazi mənada: mənbə, məxəz bəzi tərkiblərdə işlənir. □ Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik. (C.Cabbarlı).
1. Dəniz, çay və göllər arasında gəmilərin gedib-gəlməsi, habelə suvarma, hidrotexniki və s. məqsədlər üçün çəkilmiş süni su yatağı. □ Kanal çəkmək. Samur-Abşeron kanalı. Suvarma kanalı.
2. Elektrotexnika. Hər hansı bir şeyin içində boru şəklində dar uzun boşluq. □ Top kanalı. Kabel kanalı.
3. Anatomiya. Canlı orqanizmdə müxtəlif maddələrin keçdiyi boru.
4. Məcazi mənada: bir yerə girmək, daxil olmaq imkanı. □ Cürbəcür kanallardan istifadə etmək.
See also: