1. Klassik ədəbiyyatda ürək arzusu mənasında işlənmişdir. □ Şükr Seyyid, gedirəm kami-dil ilə bu səhər. (S.Ə.Şirvani).
2. Klassik ədəbiyyatda ləzzət, zövq mənalarında işlənmişdir.
3. Arxaizm. Kamınca, kamımca şəklində – ürəyincə, ürəyimcə; istədiyin kimi, istədiyim kimi. □ Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah; Bir gün olur ki, kamınca ruzigar olur. (S.Ə.Şirvani).
1. Nöqsansız, qüsursuz, bitkin, tam, mükəmməl. □ Kamil əsər.
2. Kamala yetmiş, kamilləşmiş, yetkin, təcrübəli, mahir. □ Kamil usta. Kamil sənətkar. Kamil adam az danışar. (Atalar sözü).
3. İsim kimi: kamala yetmiş, kamilləşmiş, yetkin, təcrübəli, mahir. □ Bu hələ kamilləri; Gör nədir cahilləri. (Atalar sözü).