1. Bütün dünya sistemi (Yer, göy, ulduzlar və b. varlıqların məcmusu). □ Günəş kainatda mövcud olan saysız-hesabsız ulduzlardan biridir.
2. Dünya, aləm, bütün yer üzü, bütün varlıq. □ Göyləri sarsıdan bu qorxunc gurultudan bütün kainat titrədi. (H.Nəzərli).
See also:
1. Dəyməmiş, yetişməmiş, göy. □ Kal meyvə. Kal yemiş. Kal tut. Kal alça.
2. İsim kimi: dəyməmiş, yetişməmiş, göy şey. □ Almanın kalı.
3. Məcazi mənada: hələ yetişməmiş, inkişaf etməmiş. □ Almaniyanın İngiltərə-Fransa-Rus əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. (M.S.Ordubadi).
4. Məcazi mənada: tutqun, boğunuq (səs haqqında). □ Əsgərin qulağında Əlyarın kal səsi eşidildi. (S.Rəhimov).
5. Məcazi mənada: kütbeyin, gecanlayan. □ Kal adam.
See also:
1. Dağılmış tikintinin qalığı, dağılmış yer; xarabalıq. □ Kənd yıxılsa, kalafasından məlum olar. (Atalar sözü).
2. İri deşik (divarda və s.-də); iri çuxur, oyuq. □ Qaralır daxmanın kalafa yeri; Dəstə şərqisilə çəkilir geri. (S.Vurğun).
3. Dialekt. Quyu.