Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilini, məqsədyönlü və ardıcıl həyata keçirilməsini təmin edən konseptual sənədlər sistemi. □ Kurikuluma əsaslanan sistem.
Azərbaycan dilinin izahlı lüğəti1. Hərəkət istiqaməti, yol. □ Bakıya doğru kurs.
2. Hökumətin və ya hər hansı ictimai, siyasi-iqtisadi fəaliyyətin əsas istiqaməti. □ Partiyanın siyasi kursu.
3. Müəyyən fənn və ya sahə üzrə təhsilin bitmiş mərhələsi. □ Ədəbiyyat kursu.
4. Ali və orta ixtisas məktəblərində təhsilin birillik pilləsi. □ İkinci kursa keçmək.
5. İxtisasartırma müəssisələrində qısamüddətli məşğələlər toplusu. □ Kurslarda iştirak etmək.
6. Müəyyən bilik və vərdişlərə yiyələnmək və ya imtahanlara hazırlaşmaq üçün təşkil olunmuş qısamüddətli təhsil mərkəzi. □ İngilis dili kursları.
7. Müalicə prosedurunun tam müddəti, tsikli. □ Müalicə kursunu başa çatdırmaq.
8. Məzənnə. □ ..Buyurub qiymət edin, günün kursu ilə ingilis və Amerika pulu verim. (M.S.Ordubadi).
Azərbaycan dilinin izahlı lüğəti1. Çap şrifti formalarından biri; mətnin müəyyən hissəsini fərqləndirmək məqsədilə hərflərin sağa meyilli, əlyazmaya bənzər forması. □ Kursiv şrifti.
2. Latın və qədim yunan yazısında sürətli yazı xətti. □ Antik kursiv.
Azərbaycan dilinin izahlı lüğətiHər hansı iclasın keçirilməsi və qəbul edilən qərarların etibarlı və qanuni sayılması üçün iştirakçıların tələb olunan minimum sayı. □ Kvorum, adətən, qanunla və yaxud təşkilatın nizamnaməsi ilə müəyyən edilir.
Azərbaycan dilinin izahlı lüğəti