1. Hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi, mümkünlük, mümkün olma; əlverişli şərait. □ Kömək etmək imkanı əldə ikən, bu vəzifədən boyun qaçırmaq.. insanlıq sifətini itirmək deməkdir. (M.S.Ordubadi).
2. Bir şeyin həyata keçməsinə kömək edən əlverişli şərait; iqtidar, qüvvə, vəsait. □ ..uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. (Ə.Haqverdiyev).
See also:
Biologiya. Tibb. Yoluxan xəstəliklərə və müəyyən zəhərlərə qarşı qorunma qabiliyyəti olan. □ İnsanın ömrü ərzində keçirdiyi müxtəlif xəstəliklərin nəticəsində onun qanında həmin xəstəlik törədən mikroblara qarşı xüsusi immun – bioloji maddələr əmələ gəlir.
Azərbaycan dilinin izahlı lüğəti