1. Toxunma şeylərin (xalça, corab, parça və s.-nin) ayrı-ayrı halqaşəkilli düyünləri. □ Donu tik, üz ilməni; Şanə tək düz ilməni; Vəfalı dost yad olmaz; Görməsə yüz il məni. (Bayatı).
2. Kisə kimi şeyləri açıb-bağlamaq, asmaq üçün qaytan. □ Ondan çantanın ilməyini qoluna taxmağı xahiş etdi. (Ə.Əbülhəsən).
3. Paltarın yaxasında, qolunda, cibinin ağzında və b. yerində düyməni və ya qarmağı keçirmək üçün sapdan, qaytandan düzəldilən balaca yarıq və ya halqa; düymə yeri. □ Yaxamın ilməsi yox; Qırılıb düyməsi yox; Məni qoyub gedəli; Üzümün gülməsi yox. (Bayatı).
1. Asanlıqla açılan düyün. □ İlmək açmaq.
2. Toxunma şeylərin (xalça, corab, parça və s.-nin) ayrı-ayrı halqaşəkilli düyünləri. □ Bir yerdə bir çölmək var; Durub onu bölmək var; Səksən səkkiz çatıda; Doxsan doqquz ilmək var. "Balıq toru" (Tapmaca).
1. Lütfkarlıq, lütf, mərhəmət, etina. □ Kəsmə iltifatın qul Ələsgərdən; Kərəmli sultanım, getmə, amandı. (Aşıq Ələsgər).
2. Hörmət, ehtiram, hüsn-təvəccöh, gülər üz göstərmə, xoş münasibət. □ Qarı Aqilin ürək tərpədən iltifatına qarşı indi heyran-heyran baxır. (S.Rəhimov).