1. Klassik ədəbiyyatda ..dən başqa, ..dən savayı (istisna bildirir) mənalarında işlənmişdir. □ Əvət, hər şey para ilə əldə edilir; İlla fəzilət və insaniyyət! (H.Cavid).
2. Klassik ədəbiyyatda yoxsa, əks halda mənalarında işlənmişdir. □ ..ahəstə keçib getsinlər və illa, şahin və laçın duyuq düşüb, onların sürbəsini dağıdar və qızıl qana boyar. (F.Köçərli).
3. Klassik ədəbiyyatda xüsusən, ələlxüsus (bəzən “da” ədatı və “ki” bağlayıcısı ilə) mənalarında işlənmişdir.
1. Xəstəlik, azar. □ Bu illətin Allaha qalıb bircə davası. (Ə.Nəzmi).
2. Cismani nöqsan, qüsur. □ İştə çirkinlik öylə bir illət; Ki, dəmadəm qazandırır nifrət. (H.Cavid).
3. Bir şeyə səbəb olan hal, əsil səbəb. □ Ucuzdur, var illəti; Bahadır, var hikməti. (Atalar sözü).
4. Məqsəd, arzu, niyyət. □ Aşıq, nədir illətin? Ürəkdə var niyyətin; Məni heyran qoyubdur; Şirin sözün, söhbətin. (Bayatı).
1. Bir illətə (xəstəliyə, azara) mübtəla olan; xəstə. □ ..azarına mübtəla olan bir bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir. (F.Köçərli).
2. Cismani nöqsanı, qüsuru olan.
3. Bir səbəbi, illəti olan.
1. Bir il davam edən və ya davam etmiş; bir il üçün nəzərdə tutulmuş, bir il üçün hesaba alınmış. □ İllik gəlir. İllik plan.
2. İldə bir dəfə çıxan, ildə bir dəfə olan. □ İllik jurnal.
3. Bir yaşında. □ İllik bala.
Qeyd: ..illik. İlin sayını bildirən mürəkkəb sözlərin ikinci tərkib hissəsi. Məsələn: beşillik, üçillik, ikiillik və s.
Azərbaycan dilinin izahlı lüğəti