İğtişaş, hərc-mərc törədən, asayişi, əmin-amanlığı pozan, şuluqluq salan; araqarışdıran, fitnəkar, fəsadçı.
Qarışıq, nizamsız, hərc-mərc. □ İğtişaşlı ərazi.
Klassik ədəbiyyatda haqsız təhqir, haqsızlıq mənalarında işlənmişdir. □ Çox yetər əğyardən cövrü ihanət könlümə. (M.P.Vaqif).
Bax: əhatə.
Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq. □ ..Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var. (N.Vəzirov).
Sədaqətli, sadiq, ixlas edən, səmimi.
Sədaqət, səmimiyyət, səmimi məhəbbət.
Arxaizm. Sədaqətli, sadiq, ixlas edən, səmimi.
Arxaizm. Sədaqət, səmimiyyət, səmimi məhəbbət.
Sədaqətlə, səmimi qəlblə, ürəkdən. □ İxlasla qulluq etmək.
1. Çıxarma, uzaqlaşdırma.
2. İqtisadiyyat. Satış üçün xarici ölkələrə göndər(il)mə; xarici bazara göndərilən malın ümumi dəyəri və ya həcmi, həmçinin malın özü; ixracat, eksport. □ Neft ixracı. İxracı gücləndirmək.
İqtisadiyyat. Satış üçün xarici ölkələrə göndər(il)mə. □ İxracat ildən-ilə artır.
İxrac edən, xarici ölkələrə mal göndərən ölkə. □ İxracatçı xarici bazarlara öz məhsulların çatdırılmasını bir neçə variantlar üzrə həyata keçirə bilər.
Fikir ayrılığı və bunun nəticəsində doğan ziddiyyət, uymamazlıq, mübahisə. □ Həqiqət axtarılan yerdə mütləq ixtilaf olur. (C.Məmmədquluzadə).
See also:
Mübahisəli, münaqişəli, mübahisəyə səbəb olan. □ İxtilaflı məsələ.