1. Bankın, tacirin və s.-nin borc iltizamlarını vaxtında ödəyə bilməməsi nəticəsində müflis olması, sınıq çıxması. □ Bankın iflası. Tacirin iflası.
2. Məcazi mənada: hər hansı bir ictimai fəaliyyətdə, yaxud şəxsi həyatda tam uğursuzluq, müvəffəqiyyətsizlik. □ Siyasi iflas.
1. Orqanizmin hər hansı bir hissəsini və ya üzvünü normal fəaliyyətdən qoyan xəstəlik. □ İflic olmaq.
2. Bu xəstəliyə tutulmuş (adam). □ Neçə illərdir iflicdir.
3. Məcazi mənada: fəaliyyətsizlik, durğunluq, hərəkətsizlik. □ ..inan ki, o mələk sandığınız zəhərli ilanlar bir gün sizi iflic, yaramaz və eybəcər qoyacaq. (A.Şaiq).
1. Bir şeyin son həddi, bir şeyi son həddə çatdırma, mübaliğəyə varma, həddi keçmə. □ İfrat dərəcə (son hədd).
2. Sifət kimi: qəti, barışmaz. □ İfrat fikirlər.
3. Sifət kimi: çox, həddən ziyadə, son dərəcə. □ İfrat qüvvətli. İfrat tamahkar.
See also: