1. Anlatma, izah etmə, aydın və açıq söyləmə, demə, izhar etmə; izah, şərh, bəyan. □ Yazılı ifadə (yazı ilə bildirmə). Şifahi ifadə (ağızdan anlatma).
2. Bir şeyin xarici təzahürünü, inikasını təşkil edən şey. □ Hörmət ifadəsi.
3. Dilçilik. Söz, söz birləşməsi; ibarə, fraza. □ Frazeoloji ifadə. İdiomatik ifadə.
4. Şagirdlərin öz sözləri ilə yazdıqları mətn. □ İfadə yazmaq.
5. Hüquq. Məhkəmədə məsələni aydınlaşdırmaq üçün şahidin sorğu-suala verdiyi şifahi və ya yazılı cavabı; məlumat, izahat. □ ..məhkəmə Tahirzadə kimi mötəbər bir şahidin ifadəsini asanlıqla ayaqlaya bilməyəcək. (Mir Cəlal).
6. İnsanın daxili halını əks etdirən əlamət (üzdə, gözdə və s.-də). □ Üzünün ifadəsi. Gözlərinin ifadəsi.
See also: