1. Orqanizmin müxtəlif mənşəli zəhərlərə və xəstəliklərə müqaviməti. □ İmmunitet yaratmaq.
2. Tarix. Qərbi Avropada feodalların öz malikanələrində bəzi dövlət funksiyalarını (vergilərin yığılması və s.) həyata keçirmək hüququ. □ İmmunitet tələbi.
3. Dövlətdə xüsusi mövqe tutan bəzi şəxslərin, məs., deputatın və ya diplomatın toxunulmazlıq hüququ. □ İmmunitet hüququ.
Azərbaycan dilinin izahlı lüğəti1. Orqanizmin hüceyrə sisteminə yad struktur və materialların yeridilməsi, əkilməsi. □ Diş implantasiyası.
2. Rüşeymin bətndaxili inkişafa malik məməlilərdə balalığın və insanda uşaqlığın epiteli toxumasına yapışması.
Azərbaycan dilinin izahlı lüğətiSənətdə realizmi qəbul etməyən, ictimai məsələlərdən yan keçən, daha çox ötəri təəssüratları canlandırmağa çalışan, məzmunun zərərinə olaraq formaya həddindən artıq önəm verən idealist cərəyan. □ İmpressionizm tərəfdarı.
Azərbaycan dilinin izahlı lüğəti1. İfa və ya çıxış zamanı əvvəlcədən nəzərdə tutulmayan gedişlər, gözlənilməz yeniliklər etmək, melodiyanı və ya nitqin mətnini bədahətən dəyişdirmək; əvvəlcədən hazırlaşmadan müəyyən bir hadisəyə dərhal şeirlə cavab vermək. □ Uğurlu improvizasiya insandan fitri istedad, zəngin müşahidə, iti ağıl, kamil bədii təfəkkür, coşqun təb, söz sənəti sirlərinə dərindən bələd olmaq kimi xüsusiyyətlər tələb edir.
2. Bədahətən ifa edilən musiqi, söylənilən şeir və s. □ Təbiət mövzusunda improvizasiya.
Azərbaycan dilinin izahlı lüğəti1. Hər hansı bir hərəkətə səbəb olan təkan. □ İmpuls vermək.
2. Fizika. Cismin kütləsi ilə sürətinin hasilinə bərabər olan hərəkət miqdarı. □ İmpulsu ölçmək.
3. Fiziologiya. Sinir sistemində sürətlə cərəyan etməsi və sinir lifləri boyunca dalğavarı yayılması ilə səciyyələnən oyanma. □ İmpuls ritmi.
Azərbaycan dilinin izahlı lüğəti1. Göstərici, ad və ünvanların siyahısı, reyestri. □ İndeks almaq.
2. Şərti işarələr (hərf, rəqəm və s.) sistemi. □ İndeks işarəsi.
3. İqtisadiyyatda inkişaf və dəyişmənin, istehsalın, həyat səviyyəsinin, qiymətlərin və s. nisbi göstəricisi. □ İnkişaf indeksi.
See also: