1. Bir şeyin içərisi, daxili, iç tərəfi. □ Əvvəl evin içi, sonra çölü. (Atalar sözü).
2. Bir şeyin ortası, arası. □ Otların içində uzanmaq.
3. Qapalı, örtülü, ya oyuq olan şeylərin boşluğu. □ Qutunun içi.
4. İnsan və heyvanların döş və qarın boşluğunda yerləşən üzvlər; içalat. □ Musa kişi toğlunun içini təzəcə çıxarmışdı ki, həyət qapısı döyüldü. (M.İbrahimov).
5. Məcazi mənada: bir şeyin daxili və gizli, görünməz cəhəti; batin.
6. Zərf kimi: könüldən, ürəkdən, səmimi-qəlbdən. □ İçdən arzu etmək.
7. Zərf kimi: daxilində, içərisində. □ Axmaqlar içində ağıllının da günü qaradır. (Atalar sözü).
8. Zərf kimi: ..ərzində, ..zərfində, ..müddətində, ..içərisində. □ Bir qız gördüm biçində; Sarı sünbül içində; Burda bir toy olacaq; Gələn ayın içində. (Bayatı).
9. Zərf kimi: bir şeyin çoxluğunu, artıqlığını, yaxud hansı vəziyyətdə baş verdiyini bildirir. □ Tər içində olmaq.
10. Sifət kimi: içəridəki, daxili. □ İç qapı. İç qabıq.
Məğz, ləpə, özək (qabıqlı meyvələrdə). □ Badam içi.
See also:
1. Daxilə, daxildə. □ İçəri itələmək. İçəri buraxmaq.
2. Bir şeyin içərisi, daxili, iç tərəfi. □ O nədir ki, bədəni içəridə, başı eşikdə? "Mıx" (Tapmaca).
3. İsmin yönlük, yerlik, çıxışlıq hal şəkilçiləri ilə – arasına, arasında, arasından. □ Meşənin içərisinə getmək.
4. İsmin yönlük, yerlik, çıxışlıq hal şəkilçiləri ilə – ərzində, müddətində, zərfində. □ Dörd-beş aylıq bir zaman içərisində onunla belə üz-üzə gəlmədiyim birinci kərə vaqe olurdu. (S.Hüseyn).
See also: